"Qurd qapısı”, yoxsa "Türk qapısı”? - "Qasımçapan" yolunun adı niyə dəyişdi...

 

1918-ci ilin əvvəllərində Azərbaycan xalqına qarşı bolşevik-daşnak-ingilis quldurları tərəfindən törədilmiş soyqırım faciəsinə qarşı müsəlman-türk qüvvələrinin şanlı döyüş tarixinin izi hopmuş coğrafi yerlərdən biri də Bakı şəhərinin şimal-qərb hissəsində yerləşən Yasamal tirəsinin qərbə davamı səmtindəki şəhərə daxil olan yol və indi "Qurd qapısı” adlandırılan ərazidir.

Məlum olduğu kimi, paytaxtın Badamdar, Çəmbərəkənd yaşayış ərazilərinə daxil olan bu yola əvvəllər "Qasımçapan” deyərlərmiş. Çünki əsrlər boyu Bakı şəhərinə daxil olan ticarət-dəvə karvanının yolunun əsas hissəsi bu ərazidən keçdiyindən və dar olduğundan, bu yöndə olan bazar meydanına giriş çətinlik yaratdığından xocahəsənli daşçapan Qasım kişi təmənnasız olaraq qayalığı yararaq dəvə karvanının yolunu genişləndirdiyindən sonralar bu yol "Qasımçapan” adlanıb.

1918-ci ilin sentyabr ayında şəhərin Qobu kəndi istiqamətində, Şubanı dağları üstündə yerləşmiş Qafqaz İslam Ordusunun komandanı general-mayor Nuru paşa Killigilin (1881-1949) topçuları (qeyd etmək lazımdır ki, bu ərəfədə türk ordusunun qərargahı, silah-sursat anbarı, döyüşçülərinin qaldığı məkan Qobu kəndində yerləşib) bütün Yasamal tirəsi boyunca düzülmüş düşmən mövqelərini fasiləsiz atəşə tutduqdan sonra yerli müqavimət hərəkatının döyüşçüləri ilə birlikdə müzəffər türk ordusunun zabit-əsgər heyətinin "Qasımçapan”dan daxil olması və bolşevik-daşnak-ingilis quldurları üzərində qələbə zəfəri yaddaşlardan silinməmiş, anlamında "türk” adı işlənilməsə də, türkün totem simvolu (boz qurd) yaddan çıxmayıb və bu tarixi yol (sonralar geniş massiv) "Qurd qapısı” kimi ünvanlanıb.

Üstündən bir əsrə yaxın vaxt ötən həmin tarixi döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həmin yolun "Türk qapısı” adlandırılmasına mənəvi ehtiyacımız (və zərurət) indiki dövrdə daha da çoxdur.

(Yazı Abşeron rayonu, Qobu qəsəbə sakini Hacı Akif Qasımovun söhbəti əsasında hazırlanıb).

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300