Rəsulzadənin silahdaşı Dadaş Həsənzadənin yubileyi qeyd edildi

 

Bu gün Müsavat Partiyasının qərargahında 1923-1926-cı illərdə "Gizli Müsavat”ın rəhbərlərindən biri olmuş Dadaş Həsənzadənin yubileyi qeyd edilib.

Məhəmməd Əmin Rəsulzadənin Finlandiyaya qaçırılması əməliyyatında iştirak etmiş, 1927-ci ildə Solovki həbs düşərgəsində bolşeviklər tərəfindən güllələnmiş Dadaş Həsənzadənin 120 yaşı tamam olur.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Dadaş Həsənzadənin qohumları – doktor Aydın Əlizadə və Nicat Mərdanzadə, professor Telman Əliyev, istiqlalçı millət vəkili İsgəndər Həmidov, MNTK sədri Sevinc Hüseynova, professor Almaz Əliqızı, Müsavat başqanının müavini Yadigar Sadıqov və digərləri çıxış ediblər.

Dadaş Həsənzadənin ABŞ-da yaşayan qohumu Nazim Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

Çıxışlarda Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Dadaş Həsənzadənun rolu və onun qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsi zərurəti qeyd edilib.

Tədbirin videosunu təqdim edirik:

 

könül

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300