Azərbaycan bayrağını endirən ermənipərəst professor işdən qovuldu

Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoruSalih PayAzərbaycan bayrağına olan hörmətsizliyinin hesabını ağır ödədi.

 

Uluyol.az yenicag.az-a istinadən xəbər verir ki, Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib.

 

Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub.

 

Professor sözlərinə görə, o bu addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən çıxarıldığını düşünərək, atdığını deyib. Pay hətta şərt də qoyub: Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq.

 

Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və tələbələrin kəskin etirazına yol açıb. Eyni zamanda, Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu rəzil hərəkətini sərt narazılıqla qarşılamışdı.

 

Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300