Pentaqon: "Əl Bağdadi ələ keçirilməyib”

 

Pentaqon İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi ilə bağlı xəbəri təkzib edir

 

Virtualaz.org xəbər verir ki, ABŞ-ın rəhbərliyi altında "İslam dövləti” ilə mübarizə aparan beynəlxalq koalisiya İŞİD liderinin yerini bilmədiyini açıqlayıb.

 

"Təəssüf ki, bu məlumat yanlışdır. Koalisiyaya Əbu Bəkr Əl Bağdadi kimi tanınan terrorçunun yeri hələ məlum deyil. Əgər məlum olsaydı, əmin olun ki, o ya öldürülər, ya da müharibə cinayətləri törətməkdə ittiham olunana qədər həbs olunardı. İstənilən halda, koalisiya bunu ictimaiyyətə açıqlayardı”.

 

Xatırladaq ki, Türkiyənin "Yeni Şafak” qəzeti Əl Bağdadinin İraqda yaxalandığı, ardınca Birləşmiş Ştatların Suriyanın Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına, oradan da ABŞ-ın Haseke-Rumeylandakı hərbi bazasına aparıldığını yazmışdı. İŞİD başçısının saxlanılarkən ayağından yaralandığı qeyd olunurdu.

 

Nəşrin mənbəsinin sözlərinə görə, Əl-Bağdadi ilə yanaşı terrorçuların 7 komandiri də tutulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300