iki qat Avropa çempionu Renad Əliyev

Bu gün Azad Azərbaycan Naminə təşkilatının (AANT) iclası keçirildi. Yığıncaqda ölkədə yaşanan ictimai-siyasi prosseslər və siyasi məhbuslar məsələsində görünən bəzi durumlarla bağlı geniş müzakirələr keçirildi. Siyasi məhbuslar haqqında keçirilən müzakirədə, hakimiyyət tərəfindən şərlənərək həbs olunan Renat Əliyevin siyasi məhbus elan olunmaması ilə bağlı məsələ də, iclasın gündəm məsələsi kimi müzakirəyə çxarıldı. Təşkilatımız tərəfindən, siyasi məhbusların tanınması və onlarn hüquqlarını qorunması ilə mükəlləf olan hüquq-müdafiə təşkilatlarına dəfələrlə müraciət olunsa da, sözügedən QHT-lər Renat Əliyevin siyasi məhbus kimi tanınaraq, elan edilməsinə laqeydlik göstərir, buradakı gerçəkləri görməzlikdən gəlirlər. AANT olaraq, hər zaman bəyan etmişik ki, Renat Əliyev, Almaniyada yaşayan qardaşı Riyad Əliyevin siyasi fəliyyətinə görə, qisas məqsədilə həbs edilib. Təşkilatımız adından bir daha bildiririk ki, dəfələrlə tədbirlərində iştirak etdiyimiz Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin (SMHMK) üzvləri, hər zaman, ölkədə 160-dan çox siyasi məhbus olduğunu bildirir. Özlərinin də dediklərindən belə məlum olur ki, bu 160 məhbusun bir çoxunun nə ünvanı bəllidir, nə də tədbirlərdə göstəriləcək şəkilləri var. Biz də burdan belə qənaətə gəlirik ki, ölkədə siyasi fəliyyətinə görə həbs olunanlar hakimyyət tərəfindən necə qəbul olunursa, SMHMK adına fəaliyyət göstərən təşkilatlar tərəfindən də elə o cür qəbul olunur. Bu qurumun iclasında Taleh Xasməmmədov dəfələrlə Renat Əliyevin siyasi məhbus elan edilməsi haqqında çıxış edərək, bu məsələni səsverməyə qoysa da, təklifi səsvermədə azlıqda qalıb

Doğrudan da, bu təşkilatlar siyasi məhbusların maraqlarına xidmət etsəydilər, Renat Əliyev həbs olunan gündən siyasi məhbus elan edilərdi. Aylardan bəridir ki, müşahidə etdiyimiz bu anlaşlmazlıqların fonunda, ANAT olaraq bəyan edirik ki, ölkənin işində və beynəlxalq aləmdə siyasi məhbusların hüquqlarını müdafiə edən təşkilatlar Renat Əliyevi siyasi məhbus kimi tanımaqla həm bu yöndə müşahidə olunan anlaşılmazlıqları aradan qaldırsınlar və istətər ölkə, istərsə də dünya ictimaiyyəti qarşısında siyasi məhbusların hüqüqlarına gerçəkdən də sahiblənmək istəklərini əməli şəkildə sübuta yetirsinlər!///hefteaz.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300