ABŞ kəşfiyyatı Rusiyada terrorçu hücumun qarşısını almağa kömək edib

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatı Rusiya təhlükəsizlik orqanlarına Sankt-Peterburqun Kazan kilsəsinə planlaşdırılan hücumun qarşısını almaqda kömək edib.

Kreml rəsmilərinin bildirdiyinə görə, hücum şənbə gününə planlaşdırılmışdı.

Prezident Vladimir Putin, MKİ-nin işə qarışmasına görə, ABŞ prezidenti Donald Trump ilə telefon söhbəti zamanı, ona təşəkkürünü bildirib.

Putin, öz növbəsində, Trump-a deyib ki, Rusiya xüsusi xidmət orqanları ABŞ-a qarşı terror təhlükəsi barədə məlumat əldə edərsə, amerikalı həmkarlarını bu barədə xəbərdar edəcək.

Cümə günü verdiyi bəyanatında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB), özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfdarları dəstəsinin 7 üzvünün həbs edildiyini və xeyli sayda partlayıcı maddə, silah və ekstremist ədəbiyyat müsadirə olunduğunu bildirib.

FSB-nin məlumatında deyilib ki, həmin dəstə dini obyektə qarşı intiharçı hücumu keçirmək və vətəndaşları öldürmək planını hazırlayırdı.

Bəyanatda qeyd olunub ki, kilsə və digər ictimai yerlərə hücumun keçirilməsi Rusiyanın ikinci şəhəri olan Sankt-Peterburqda baş tutmalı idi.

Vladimir Putin telefon danışığı zamanı Donald Trump-dan MKİ əməkdaşlarına təşəkkürünü çatdırmağı xahiş edib (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300