Dünən Bakıya qarın ilk dənələri düşməyə başlayan kimi paytaxtın elektrik enerjisi təhizatında da problemlər dərhal özünü göstərməyə başlayıb.

Yanvarın 25-də axşam saatlarından etibarən Bakının Suraxanı rayonunun bir çox qəsəbələrində, o cümlədən Bül-Bülə qəsəbəsi, S.Əliyev massivində işıqlar əvvəlcə yanıb-sönməyə başlayıb. Daha sonra tamam sönüb. Bir neçə saatdan sonra elektrik enerjisinin verilməsi bərpa olunub, ancaq olduqca aşağı gərginlikdə, lampaları güclə közərdəcək qədər...

Bu qəsəbələrdə elektrik enerjisinin kəsilməsi həm də istiliyin olmaması deməkdir. Çünki fərdi evlərin əksəriyyəti kombilərlə qızdırılır.

Sakinlər deyir ki, belə hadisə ilk dəfə deyil baş verir. Son 3-4 ildə qış mövsümündə hər dəfə qar yağanda, yaxud külək əsəndə həmin ərazilərdə işıqlar gah günlərlə sönür, gah közərir. Hərçənd ki, paytaxtın ətraf qəsəbələrinin elektrik enerjisi ilə təchizatı illər əvvəl tamamilə yenilənmişdi və prinsipcə, problemlər ötən əsrin 90-cı illərinin ortalarında olduğu kimi, bu cür intensiv xarakter almalı deyildi.

Problem həm də bundadır ki, elektrik enerjisinin təminatında problemlər yaranan kimi "Azərişıq”ın abonentlərin müraciətlərinə cavab verməli olan telefonları da "sönür”. Bül-Bülə qəsəbəsi, S.Əliyev massivinin sakinləri deyir ki, onlar axşamdan bəri nə "Azərişıq”ın 199 Qəza Xidmətinə, nə texniki sahə üzrə 440 29 21 nömrəli qaynar xəttinə, nə Suraxanı ETSİ-nin telefonlarına zəng edə bilmirlər. Bundan əvvəl də paytaxtın elektrik enerjisi ilə təchizatında problemlər yaranan kimi "Azərişıq”ın telefonları zəngləri qəbul etmirdi. Görünür bu, "Azərişıq”da abonentlərin kütləvi xarakter alan şikayətlərindən qaçmaq üçün ən sərfəli metoddur...(virtualaz.org)

Uluyol.info əlavə edir ki,analoji hal ilə bağlı demək olar ki gün ərzində əksər rayonlarda elektrikin verilməsində problem yaşanıb.Fasilələrlə verilən elektrikin gücü zəif olduğundan,ya ani enerjinin yüksəlməsi nəticəsində xeyli sayda elektrik avandanlıqlar sıradan çıxıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300