Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu

İki gün əvvəl Müsavat Qadınlar Birliyinin sədri, jurnalist Alya Yaqublunun Feysbuk hesabında yazdığı status sosial şəbəkə və mediada müzakirə mövzusuna çevrilib. Xeber365.com-un məlumatına görə, Alya Yaqublu paylaşımında bildirir:

 

"Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü bu hakimiyyətlə mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham edir. Təsəvvür eləyə bilirsiniz?”

 

Hakimiyyətə işləməkdə ittiham edilən şəxs Müsavatın Divan üzvü, başqan müavini Tofiq Yaqubludur və buna görə xanım jurnalistin yaxın qohumunu müdafiə etdiyi yazılır. Həmçinin, onun Müsavat partiyasını saxta bilet satmaqda suçladığı dilə gətirilir.

 

Xeber365.com-a açıqlama verən Alya Yaqublu isə bildirib ki, yazdığı statusun Müsavat Partiyasına heç bir dəxli yoxdur: "Mən nə yazmaq istəmişəmsə, onu da yazmışam. Burda başqa məna axtarmaq lazım deyil. Yazdığım fikri başqa yerə yozmaq, sadəcə, kimlərəsə sərf edir. Ancaq mənim yazdığımda yozulacaq heç nə yoxdur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300