Suriya hökumət qüvvələrinin nəzarətində olan Xums şəhərində baş verən 2 terror aktı zamanı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Bildirilir ki, terrorçu kamikadzelər bomba yüklü maşınları partladıblar.