Ruhanidən Qüdslə bağlı islam dünyasına- 7 təklif

Biz hamımız səylərimizi birləşdirib, ABŞ-ın Qüdslə bağlı axmaq addımının qarşısını almalıyıq.

 

Bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbuldakı Zirvə toplantısında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani söyləyib. Onun sözlərinə görə, müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın niyə belə qərar verdiyini öyrənmək məcburiyyətindədir:

 

"Sionistlərin təhdidlərinə qarşı dayanmaq əvəzinəregionumuzun bəzi ölkələri ABŞ və sionistlərlə razılaşaraq Fələstinin taleyini həll edirlər. Əgər onların qərarı qəbul edilsə, sionistlər daimi olaraq fələstinlilər üzərində hökmran olacaqlar. Bu gün heç kimə sirr deyil ki, yəhudilərin düşməni müsəlmanlar və ərəblər yox, sionistlərin təhlükəli planlarıdır. Müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləridirlər. Sionistlər buraya yaddırlar. Son onilliklər ərzində sionist rejim fələstinlilərə qarşı cinayətlər törədib. Bütün cinayətləri və qətllərinə rəğmən sionistləri ABŞ hər zaman özünün BMT Təhlükəsizlik Şurasındakı veto hüququ sayəsində dəstəkləyib və onlara dağıdıcı silahlar vermək səylərindən əl çəkməyiblər. Təəssüf ki, ABŞ uzun illər ərzində danışıqlarda arbitr olub. ABŞ heç vaxt ədalətli vasitəçi olmayıb vəolmayacaq. Amerika administrasiyasının son addımı insanlara bunu aydın etdi”.

 

O, həmçinin, çıxışı zamanı ABŞ-a qarşı mümkün addımları da səsləndirib. Onun təklifləri 7 bənddən ibarət olub:

 

1. Bu sammitdə ABŞ administrasiyasının Qüdsün sionist rejimin paytaxtı olaraq tanıması və öz səfirliyini Qüdsə köçürmə qərarı kəskin qınanılmalıdır;

 

2. Hazırkı şəraitdə islam aləmi sionist rejiminə qarşı birləşməlidir. Əgər biz öz aramızda müxtəlif məsələlərdə fərqliliklərdən əziyyət çəkiriksə, Qüds və Fələstin məsələsində bütün ayrılıqlardan qaçmalıyıq. İslam aləminin bütün problemləri dialoq vasitəsilə həll edilməlidir. Yalnız islam birliyi sayəsində biz Qüdsü və islam ümmətinin haqlarını müdafiə edə bilərik;

 

3. ABŞ administrasiyası anlamalıdır ki, islam aləmi Fələstinin və Qüdsün taleyinə laqeyd qalmayacaq, beynəlxalq normalara məhəl qoyulmamasının isə siyasi nəticələri olacaq;

 

4. Müsəlman dövlətləri tərəfdaşları ilə danışıqlarda ABŞ-ın bu qərarı ilə bağlı etirazlarını mütləq razılaşdırmalı və bu qərara qarşı müqavimət göstərəcəklərini qeyd etməlidirlər;

 

5. Fələstin məsələsi yeni islam dünyasının gündəminə daşınmalıdır. İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra biz digər terror təşkilatları ilə mübarizəmizi davam etdirməklə bərabər, sionist rejimin təhlükəsi, onun nüvə başlıqlarına sahib olub, dünya üçün təhdid təşkil etdiyini unutmamalıyıq;

 

6. BMT xüsusilə, Təhlükəsizlik Şurası və Baş Assambleya belə şəraitdə aparıcı rol oynayıb, ABŞ-ın bir müddət öncəki qərarı ilə razılaşmadığını bildirməlidir. Müsəlman dövlətlərinin BMT-dəki missiyaları bu müzakirələrdə aktiv iştirak etməlidirlər;

 

7. Sionist rejimin addımları daimi olaraq nəzarətdə saxlanılmalı və İslam Əməkdaşlıq Təşkilatı nazir və dövlət başçıları səviyyəsində qərarların qəbul üçün ehtiyac olacağı təqdirdə iclas keçirməlidir.(axar.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300