İƏT-in bəyannaməsi: Şərqi Qüds Fələstin Dövlətinin işğal
altında olan paytaxtıdır
"Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”.
"Report” xəbər verir ki, bu, dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə zirvə toplantısının yekun bəyannaməsində vurğulanıb.
Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb.