Bu gün "21 Azər” Hərəkatının növbəti ildönümüdür

 

Bu gün Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan "21 Azər” Hərəkatının 72-ci ildönümüdür.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə "21 Azər Hərəkatı” kimi düşüb.

 

Ötən illərdə olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Milli Hökumətin quruluşu, süqutu, onun Azərbaycan türk millətinin şüurunda yaratdığı müstəqillik ideyaları və s. kimi mövzular müzakirə edilir. "21 Azər” Hərəkatının ildönümü ərəfəsində hər il Güney Azərbaycanda, həmçinin xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılır. İran rejimi isə planlaşdırılan tədbirlər baş tutmasın deyə müxtəlif üsullardan istifadə edərək Milli Hərəkat fəallarını təqib və təzyiqlərə məruz qoyur.

 

1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb.

 

S.C.Pişəvəri 1947-ci ildə Şimali Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub. "S.C.Pişəvəri Milli Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanışa əvəzolunmaz töhfələr verib”.

 

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanda aşağıdakı işləri həyata keçirib.

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

– Hökümət iri bankları milliləşdirdi;

– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı

– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

– Güney Azərbaycan Milli Ordusu yaradıldı.

 

Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb. Lakin Azərbaycan xalqı bütün fürsətlərdən istifadə edərək qurtuluş yolundakı milli mübarizəsini davam etdirməkdədir.///gunaz.tv

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300