ABŞ rəsmisi: "Türkiyənin davranışından çox narahatıq"

 

ABŞ Türkiyənin Rusiyadan "S-400” zenit-raket komplekslərini əldə edəcəyinin mümkünlüyündən narahatlıq ifadə etməkdə davam edir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib.

 

"Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı bizi çox narahat edir. Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Bir çox sahələr üzrə, "S-400” də daxil olmaqla narahatlığımızı ifadə etməkdə davam edirik. Bu türklərlə apardığımız danışıqların bir hissəsidir”, - deyə o Senatın beynəlxalq işlər komitəsində çıxışı zamanı bildirib.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan "S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.

 

V.Putin isə, öz növbəsində, iki ölkə arasında hərbi kredit sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300