Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı

Dünyanın ən qədim şəhərlərindən olan Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyır. Qüdsdə bu üç böyük dinin mühüm mәbәdlәri yerləşir. Bu şəhəri islam, xristian və yəhudiliyin birləşmə nöqtәsi də adlandırmaq olar.

Qüdsdәki Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәr hesab olunur.

Qüds xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi yer, yəhudilər üçün isə İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi şəhərdir.

Hazırda Qüdsün şərq hissəsi Fələstinin hüquqi paytaxtıdır. Şəhər de-fakto İsrail dövlətinin nəzarətindədir.

Qüds tarix boyu qızğın müzakirələrə, müharibələrə səbəb olub. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur.

Qüdsün azadlıq tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri də əslən azərbaycanlı olan dövlət xadimi Səlahəddin Əyyubidir. Misir, Suriya, Yəmən və Fələstinin sultanı olan Səlahəddin Əyyubinin azərbaycanlı olması haqda məlumatlar tarixçi İbn Hellikanın "Görkəmli adamların ölüm tarixi” əsərində qeyd olunub. Əsərdə Səlahəddinin dilində deyilir:

"Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, Ez-zib tayfasındanıq”.

Təsadüfi deyil ki, onun övladları Tuğtəkin və Turanşahın da adı əsil türk adlarıdır.

***

1099-cu ildə Avropadan ilk Xaç yürüşü baş tutdu. Səlibçilər Qüdsü işğal etdilər və xristian, müsəlman, yəhudi inancına sahib olan əhalini qılıncdan keçirdilər. Əvvəlcədən şəhər sakinlərinə təhlükəsizlik barədə söz verilsə də, nə uşaqlara, nə də qadınlara aman verildi.

Səlahəddin 1187-ci ildə Hattin döyüşündə xaçlıların ordusunu darmadağın edərək, Qüdsü işğaldan azad etdi. 1189-92-ci illərdə isə Almaniya, İngiltərə və Fransanın liderliyi ilə başlayan üçüncü səlib yürüşünə qarşı birləşmiş müsəlman ordularına rəhbərlik etdi və işğalçıları ağır məğlubiyyətə uğratdı.

Səlahəddin xaçlılardan fərqli olaraq, Qüdsü geri aldıqdan sonra şəhərin xristian, yəhudi əhalisinə toxunmadı. Bununla da xristian dünyasının sevgisini və təşəkkürünü qazandı.

1192-ci ildə Səlahəddin Əyyubi ilə İngiltərə kralı I Riçard arasında imzalanmış Ramla müqaviləsi ilə Qüds müsəlmanların əlində qaldı.

Müharibələrə, qızğın proseslərə baxmayaraq, Qüds təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin mənəvi dəyəri, dini mərkəzidir.//kanalaz.tv


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300