Saakaşvili Kiyevdə həbs olundu - Foto
Dekabrın 8-dən 9-a keçən gecə, təxminən saat 12 radələridə Ukrayna xüsusi xidmət orqanları Gürcüstanın sabiq prezidenti, Odessanın(Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini həbs edib.
Musavat.com-un məlumatına görə, bu barədə Saakaşvilinin tərəfdarı, Azərbaycanın Ukraynadakı diaspor liderlərindən olan Hukmət Cavadov facebook səhifəsində məlumat yayıb. O bildirib ki, hazırda Saakaşvilinin tərəfdarları onun saxlanıldığı idarəyə doğru yürüş edirlər.
Qeyd edək ki, Saakaşvilinin liderliyi ilə 3 gün öncə Ukrayna prezidenti Poroşenkonun impiçment edilməsi ilə bağlı Kiyevdə davamlı aksiyalar başlayıb.