38 saylı uşaq bağçasında

"Əvvəl ayda hər uşağa görə 65 manat yığırdılar, indi isə "aylıq” 90 manata qalxıb”

Manatın növbəti devalvasiyasından sonra, ərzaq qiymətlərindəki bahalaşma ilə yanaşı, bəzi məktəbəqədər təhsil müəssisələrdə rüşvət və "aylıq”ların da artması müşahidə olunur. Qafqaznews.az saytı olaraq, daim vətəndaşların şikayətlərini işıqlandırır, problemin həllinə çalışırıq. Bakının bəzi məktəbəqədər təhsil müəssisələrində, uşaq bağçalarında hər uşağın 300-500 manata qəbul olunması,valideynlərdən 40-60 manat arası da (Bakı kəndlərində və regionlarda bu məbləğ 150-200 manat arası dəyişir) "aylıq” tələb olunması barədə məlumatlar mətbuatda da az dərc olunmayıb. Bu fakt şifahi olaraq çoxuna məlumdur.

Amma təəssüf ki, az qala hər valideyn bundan şikayətlənir, lakin məsələnin həllinə, problemin qabardılmasına çox az vətəndaş təşəbbüs göstərir. Bu günlərdə Qafqaznews.az-a müraciət edən bir narazı valideyn qeyd edib ki, Yasamal rayonu, Ş.Qurbanov 5 ünvanında yerləşən 38 saylı uşaq bağçasının direktoru Sədaqət Qədirova devalvasiyanı və bahalaşmanı bəhanə edərək, yanvar ayından etibarən "aylıq yığımı”ndakı məbləği qaldırıb. "Əvvəl ayda hər uşağa görə 65 manat pul alırdılar, indi isə "aylıq” 90 manata qalxıb.12607235_1673833372876533_268908608_n

Deyirlər ki, bundan belədir, xoşunuza gəlmir, uşağı götürə bilərsiniz. Dövlət bağçasında bu qaydalar nəyə əsasən, hansı qanunla verilir? Hələ uşaqları bağçaya qəbul etmək üçün də rüşvət alınır. Hər uşağı ən aşağısı 500 manata qəbul edirlər.

Bağça əməkdaşlarının dediyinə görə, artıq o "qiymət” də qalxıb, hazırda ora uşaq aparmaq istəsəniz, ən yaxşı halda uşağı 700-800 manata götürərlər”, – deyə vətəndaş bildirib. O, bağçada uşaqlara baxımın da yaxşı səviyyədə olmadığını, vaxtaşırı olaraq müxtəlif bəhanələrlə valideynlərdən pul toplanıldığını da əlavə edib. Məsələni araşdırmaq üçün, sözügedən bağçaya zəng edib Sədaqət xanımla əlaqə saxlamaq istədik. Dəstəyi götürən əməkdaş Sevinc xanım (özünü bağçanın təsərrüfat müdiri kimi təqdim etdi – red.) dedi ki, "müdirə başqa korpusa gedib, sonra zəng edərsiniz”. Əməkdaşımız yaxın əraziyə köçdüyünü və uşağı bağçaya yerləşdirmək istədiyini, qiymətlərlə maraqlandığını deyəndə, Sevinc xanım belə dedi: "İndi yerimi yoxdur, mayda gətirə bilərsiniz. Pul barədə heç nə deyə bilmərəm. Yaxşı olar ki, gəlib Sədaqət xanımla özünüz danışasınız”.

Nahardan sonra Sədaqət xanıma bir də zəng etdik, bu dəfə özü ilə danışmaq müyəssər oldu. Bağça rəhbəri də "aylıq” barədə danışmağa çəkindi, lakin hiss olundu ki, şikayətlə bağlı zəng etməyimizdən və səs yazısının qeydə alınmasından şübhələnib.

"Eşitdim, zəng etməyinizdən xəbərim oldu. Yerimiz yoxdur, bir də getdi sentyabra qədər. Sizə kim nə deyib bilmirəm, bizdə uşaqlara görə pul almırıq. Gedin başqa dövlət bağçasına müraciət edin”. Bizim "Bəs Sevinc xanım dedi mayda olacaq?” sualımız isə cavabsız qaldı. Yaxın günlərdə sözügedən bağça ilə bağlı daha geniş və sensasiyalı faktları oxucularla bölüşəcəyik. Mövzunu diqqətdə saxlayırıq. Bizi izləyin.(qafqaznews)

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300