Lerik icra başçısı Rövşən Bağırovla Eldar Mahmudovun ortaq cinayətləri
Əvvəlcə Lerikin icra başçısı Rövşən Bağırovun paytaxtın "Dostluq” parkında villası yerlə-yeksan olundu
Məlumata görə, icra başçısı evinin sökülməsi zaman məsələni ört-basdır etməyə çalışıb. Ona bu işin üstünün açılmamasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməklik göstərdiyi iddia olunur.
Məlumatda bildirilir ki, R.Bağırov adının qara siyahıya düşəcəyini bilib. Odur ki, dərhal hərəkətə keçərək E.Mahmudova elçi düşüb. Onun yaxın himayədarı olmuş sabiq MTN şefi öz kadrını qorumağa müvəffəq olub. Məlumata görə, icra başçısının villasını sökülməsi E.Mahmudovun sayəsində ictimaiyyətdən və yuxarı dairələrin diqqətindən gizlədilib.
Ancaq son hadisələr və MTN-də olan həbslər məsələnin üstünü açıb. Lerik rəhbərinin "Dostluq”parkında villasının olduğu aydınlaşıb. İcra başçısı bu faktın faş olmasından həyəcanlanıb.
Öz yaxın ətrafı ilə apardığı məsləhətləşmələrdən sonra qərara alıb ki, həmin villanın yaxın qohumuna aid olduğunu izah etsin. Mənbə qeyd edir ki, bu bəhanə də işə yaramayıb.
Prezident İlham Əliyev bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər:
"Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün.
Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı.
Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib.
Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər – ilk növbədə onlar nümunə olmalıdırlar”. Qeyd edək ki. dövlət başçısının tapşırığından sonra məmurların sökülən villalarının arxasından kimsə başını qaldırmaq istəmədi.
Səbail rayonu "Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırov məxsus olub.
İcra başçısı həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir.
Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib. Əldə olunan məlumatlara görə, deputatla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb.
Məsələn, onun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. Məlumatlara görə, Rövşən Bağırovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər. Abadlıq işlərini «İnstal Serviz» MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb.
Qeyd edək ki, "Dostluq” parkında sökülən villalardan birinin Lerik icra başçısı Rövşən Bağırova məxsus olması xəbəri mətbuatda dərc olunmuşdu. Həmin vaxt bildirilirdi ki, icra başçısı sökülən villasına 2 milyon manata yaxın xərc çəkib. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilmişdi. Ancaq həmin vaxt Lerik rayon icra hakimiyyəti bu xəbəri təkzib edərək icra başçısının "Dostluq” parkında villasının olmadığını bildirmişdilər./yenilik.az
R. Bağırovun adı bir neçə qalmaqallarda hallansa da sonradan özünü müdafiə etməyi bacardı.
Bu barədə silsilə yazıları ilə geniş oxucu kütləsi qazanmışdır. Və bundan sonra bir qurup Lerik rayon sakini redaksiyamıza zəng edərək öz minnətdarlıqlarını bildirmklə yanaşı, icra başçısına və başçının birinci müavini Cəlil Baxşiyevə saytımız vasitəsi ilə xəbərdarlıq da etməyi unutmadılar.
Belə ki, özlərinin şəxsi bizneslərini genişləndirmək məqsədi ilə rayonda elə bir ab-hava yaradılıb ki, sanki cənub zonasının dilbər güşələrindən olan Lerik rayonu bu iki şəxsdən ibarətdir. Əslində Röşən Bağırov və Cəlil Baxşıyev heç də rayona rəhbərlik etmir. Rayonda iki məmurun biznes və digər gəlirli sahələri ondan xəbər verir ki, rayonda baş alıb gedən ciddi problemlər onlar üçün bir o qədər maraqlı deyil.
Ölkə başçısı İlham Əliyev Lerik rayonuna icra başçı Rövşən Bağırovu başçı təyin etdikdə ona inanıb və etimad göstərib. Əfsüslər olsun ki, prezidentin bu inamı R. Bağırov tərəfindən doğrulmadı. Əksinə, milyonlara sahib çıxan icra başçısı obiyektlər və villalar əldə etdi. Elə bu villalardan biri "Dostluq” parkında inşa edilmişdi. Məhz məlum məsələdən sonra "Dostluq” parkında villaların söküntüsü başlanıldı. Necə deyərlər, Rövşən Bağırovun dalağı sancmağa başladı.
Əldə etdiyimiz maraqlı bir məlumat ondan ibarətdir ki, 2 milyon manat məbləğində başa gələn villanın söküntüsü R. Bağırovu, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətçi saldı. Mənbənin bildirdiyinə görə Eldar Mahmudovun hərəkətindən sonra Röşən Bağırovun adı siyahıdan silindi. Beləliklə Lerik rayon icra hakimiyyətinin başçısı Eldar Mahmudovun qılıncının altından keçdi.
Səbail rayonu "Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırov məxsus olduğu gizlədildi. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib. Əldə olunan məlumatlara görə, deputatla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb. Araşdırmalarımız davam edir. (dosye.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300