Maliyyə Nazirinin son müsahibəsində səsləndirdiyi "manatın məzənnəsini Mərkəzi Bank deyil, bazar müəyyən etməlidir" fikrini 1 ildir ki, dəfələrlə müxtəlif formalarda təkrarlamışıq. 


Maliyyə naziri bu həqiqəti 9 milyard ABŞ dollarından çox vəsait son ildə manatın məzənnəsini tənzimləmək məqsədilə xərclənəndən sonra etiraf etdi. Amma, buna baxmayaraq manat hələ də Mərkəzi Bank tərəfindən valyuta ehtiyatlarının davamlı xərclənməsi hesabına tənzimlənir və bu süni sabitlik movcud problemin dondurulmasina xidmət edir. 

Görünən odur ki, milli iqtisadiyyatın bü günü və gələcəyi üçün əhəmiyyətli olan məsələdə qərar qəbul edən 2 vacib dövlət təşkilatı Mərkəzi Bank və Maliyyə Nazirliyi arasında ciddi fikir ayrılığı vardır. Yalnız onların ortaq mövqedən çıxış edib, milli valyutanın məzənnəsinin liberallaşmasına yönələn birgə fəaliyyətləri manatı xilas edə bilər. Bu imövqeni həm də maliyyə nazirinin təbirincə desək "ajiotaj yaradan ekspertlər" deyil, həqiqəti xalqa birmənalı şəkildə və dövlət rəsmilərindən də xeyli əvvəl çatdıran ekspertlər də müdafiə edir. İldə cəmisi bir neçə dəfə ictimaiyyət qaşısına çıxan və o zaman da həqiqəti deməyə cəsarəti çatmayan dövlət rəsmilərinə məsləhətim odur ki, həmişə ictimaiyyətə əlçatan olan, müstəqil prizmadan çıxış edib həqiqəti söyləyən ekspertləri dinləmək lazımdır. 

Cənablar, siz özünüzü eşitməzliyə vursanız da xalq bizlərə qulaq asır və kimin haqlı, kimin haqsız olduğunu gündəlik iqtisadi həyatda baş verənlər çoxdan təsdiq edib. Odur ki, ekspertləri eşidin və nə qədər gec deyil onların təkliflərini reallaşdırın, unutmayın ki, bu məmləkəti biz sizlərdən fərqli olaraq neftinə görə deyil, insanlarına görə sevirik və bilin ki, onları iqtisadi təhlükələrdən, sosial konfratasiyalardan qurtarmaq istiqamətində harda olmağımızdan asılı olmayaraq sonadək çalışacağıq.(moderator.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300