İran Trampun ABŞ səfirliyini Qüdsə köçürmək barədə qərarını
pislədi
İran çərşənbə günü Birləşmiş Ştatlar prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərarını pisləyib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin yerli dövlət KİV-ləri tərəfindən yayılan bəyanatına istinadən "Reuters" məlumat yayıb.
XİN qeyd edib ki, Trampın qərarı BMT qətnamələrinə ziddir.