Son günlər müəllim - şagird münasibətləri ilə bağlı xoşagəlməz informasiyalar gündəmi zəbt etdi. Əvvəlcə Sumqayıtda baş verən olay, sonra isə Xətai rayonunda valideynin müəllim ilə savaşması cəmiyyətdə müzakirə obyektinə çevrildi.

Təhsil üzrə ekspert Kamran Əsədov bu barədə qənaətini yazaraq Moderator.az - a göndərib:

Müəllim - şagird münasibətləri: Nə və necə etməli?

"Son günlərdə ayrı-ayrı mətbuat orqanlarında və internet şəbəkəsində Sumqayıt şəhəri 22 saylı orta məktəbdə müəllimin şagirdi vəhşicəsinə döyməsi ilə bağlı video-süjet təqdim olunmaqda, şagirdlərin hüquqları ilə bağlı müzakirələr açılmaqdadır. Məsələnin birtərəfli təqdimatı əlbəttə ki, problemin həllinə yox, ayrı-ayrı yazarların düşüncəsinə xidmət edir. Mənim fikrimcə, müəllim-şagird qovğasında birbaşa cəmiyyətin özü, onun fərdləri, valideynlər, şagirdin tərbiyə aldığı mühit günahkardır. Çünki cəmiyyət təlim-tərbiyə prosesinə sırf təlim prosesi kimi baxır. Yanlış olan da elə bu düşüncədir. Müəllimi ittiham etməzdən qabaq valideynlər, cəmiyyətin hər bir üzvü əvvəlcə özünün təlim-tərbiyə metodlarına, övladına davranış, əxlaq, danışıq barədə verdiyi öyüd-nəsihətlərin ölçüsünə, miqdarına diqqət yetirməlidir. Valideyn olaraq hər birimiz öz övladımızın düşüncəsinə yox, məktəbin, müəllimin uşağımıza verdiyi qiymətə, dəyərə istinad etməli və inanmalıyıq. Müəllim və valideynin birgə, əlbir fəaliyyəti şagirdi onlar arasında "manevr etmək", onları bir-birinə qarşı qoymaqla özünə bəraət atmosferi yaratmaq fürsətindən məhrum edər. 
Bu baxımdan orta məktəblərdə son dövrlərdə sürətlə yaranmaqda olan Valideyn-Müəllim Assosiasiyalarının (VMA) rolunu müsbət qiymətləndirmək lazımdır. Orta təhsildə məktəblə valideynin çiyin-çiyinə, bir-birinə dəstək verərək fəaliyyət göstərməsi ümumən cəmiyyətimiz üçün təhsilin inkişafında həddən artıq müsbət nəticələrə gətirib çıxara bilər. Müəllimin əməyinə verilən obyektiv və yüksək qiymətsə öz-özlüyündə şagird-müəllim, valideyn-məktəb münaqişələrinin də nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər.

Bəşəriyyətə gəlmiş-getmiş ən dahi insanlardan biri olan Əli bin Əbu Talibin gözəl bir fikrini hər zaman xatırlamaq lazımdır: "Mənə bir hərf öyrədənin quluyam". Cəmiyyətdə müəllimə yüksək dəyər verilməsi bir çox problemlərin həlli deməkdir. Belə olarsa, ümid etmək olar ki, gələcəkdə təhsilin inkişafına zərər verən situasiyalar tədricən minimuma enəcək və təhsildə şagird-müəllim-valideyn əməkdaşlığı daha da genişlənəcək". 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300