ABŞ-ın bu qərarı islam aləminə fəlakət gətirəcək - Ərdoğan

 

ABŞ-ın Qüdsü İsralin paytaxtı kimi tanımaq istəyi islam aləmində böyük fəlakətə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı II Abdullah ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sözügedən addım terror qruplaşmalarının mövqeyini gücləndirə bilər:

"Qardaşım kral Abdullahla regionda baş verən prosesləri müzakirə etdik. Ən önəmli mövzu Qüdslə bağlı baş verənlərdir. Qüdsün müqəddəsliyi və tarixi mühafizəsi məsələsində həmfikirik. Qüdslə bağlı atılan yanlış addım sülh prosesinə ağır zərbə vuracaq. Yeni münaqişə üçün qığılcım olacaq”.

Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini bura köçürəcəyi gözlənilir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1985-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300