Bleyer Breksitə qarşı prosesə başladı
Breksitin ləğvi ilə bağlı proses hazırlayıram.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniyanın keçmiş baş naziri Toni Bleyer söyləyib.
"Mən bununla xalqın iradəsinə meydan oxumuram. Faktlar dəyişdiyi zaman insanların da yenidən düşünmək haqqı yaranır. Britaniya hökuməti Breksit danışıqlarında qarşısına qoyduğu hədəflərə çata bilməyib. Belə ki, London vahid bazardan öz aktivlərini qoruyaraq çıxmaq istəyir. Bu isə mümkün deyil”, - deyə o bildirib.