Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə rüsumlar- 3 dəfə artırıldı

 

"Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır. Belə ki, sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.

Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib.

Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat),

5 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat), 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat), 18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat),

1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat), 18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək.

Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300