Qarğıdalı saçağı çayının faydaları

 

İstifadə etdiyimiz adi, yaşıl, çobanyastığı və s. digər çaylardan ziyadə qarğıdalı saçağı çayını heç sınamısızmı?

 

İnsan sağılığına bir çox faydası olan qarğıdalı saçağının dəmləməsi gözəl tamı ilə yanaşı, həm də təbii dərman vasitəsi kimi istifadə edilir. İnsan orqanizmində müxtəlif infeksiya və xəstəliklərə qarşı müqaviməti artıran bu çay necə hazırlanır?

 

Faydalı, min bir dərdə dəva olan qarğıdalı saçağı çayının istifadəsi qaydaları ilə tanış edirik:

 

Olduqca yüksək lif tərkibi ilə zəngin qarğıdalının özünü qızardıb yeyin. Saçaqlarını isə dəmləyib içmək faydalıdır. Lakin çoxumuz qarğıdalını saçaqlardan təmizləyib zibilə atırıq. Qarğıdalı saçaqlarının faydalarına gəldikdə isə, bu məhlul sidik kisəsi xəstəliklərini aradan götürür. Çayın tərkibi böyrək daşlarının yaranmasının qarşısını alır və süzmə prosesini yaxşılaşdırır. Kişilərdə tez-tez rast gəlinən prostat vəzi problemlərini də aradan qaldırır. Bununla yanaşı, revmatizm, yüksək təzyiq, qan təzyiqi, diabet xəstəliklərinə və xroniki bir çox xəstəliklərə faydalıdır.

 

Bu çayın hazırlanma qaydası isə belədir. Qarğıdalı saçağını təmizləyib (Saçaqlar boğazınıza qaçmasın deyə və tərkibindəki komponentlər suya daha tez keçsin deyə xırda-xırda doğrayada bilərsiz) üzərinə qaynanmış su tökürük. Çox zəif odda 10 dəqiqə dəmləyib fincana tökün.

 

Diqqət edin ki, qaynamasın. Qaynadıqda həm öz faydalı inqrediyentlərini itirir, həm də acı dadır. (publika.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300