Moskvada Xəzərin statusu müzakirə ediləcək

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-5-də Moskvada keçiriləcək müşavirəsini şərh edib.

Axar.az xəbər verir ki, RF XİN-in saytında dərc edilmiş materialda keçirilməsi gözlənilən görüşdə əsas diqqətin Xəzərin hüquqi statusuna yönələcəyini bildirilib:

"Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin başçılarının budəfəki görüşü sayca yeddinci olacaq. Nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlığı və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər”.

Departamentin şərhində daha sonra qeyd edilir ki, müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək Beşinci Xəzər sammitinə hazırlıqdır.

Şərhdə vurğulanır: "Rusiyada "Xəzər beşliyi” çərçivəsində etimada əsaslanan, ənənəvi dostluq xarakteri daşıyan dialoqu yüksək qiymətləndirir, Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın mətninin tezliklə razılaşdırılmasını və Xəzər boyunca yerləşən qonşu ölkələrin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsini prioritet məsələ hesab edirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300