Şura Əmiraslanova: "Qiyas zəng eləmir, ona görə narahatam”

 

Noyabrın 29-da Yasamal Rayon Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan Qiyas İbrahimovun işinə baxılmalıydı. Bakı Apellyasiya Məhkəməsində onun işinə baxmış hakimlərə qarşı hörmətsizlikdə ittiham olunan gənc fəal bu işdə atası Həsən İbrahimovla birlikdə mühakimə olunur.

Amma Qiyası məhkəməsinə gətirməyiblər. İşə baxan hakim bildirib ki, dustaqları məhkəməyə gətirən Penitensiar Xidmətin əməkdaşları gecikiblər, ona görə də Q.İbrahimovu gətirib çatdıra bilməyiblər. Bu səbəbdən də hakim Qiyas və atasının məhkəməsini dekabrın 6-na saxlayıb.

Q.İbrahimovun anası Şura Əmiraslanova buna etiraz edib. Bildirib ki, oğlunun taleyindən narahatdır.

«Sonuncu məhkəmə iclasından sonra Qiyasdan heç bir xəbər yoxdur. Dustağın həftədə iki dəfə yaxınları ilə danışmaq hüququ var. Son məhkəmədən bir həftə keçib, amma Qiyas heç zəng eləməyib. Buna görə nigaran idim. Bu gün məhkəməyə gətirilməməsi narahatlığımı bir az da artırdı. Niyə gecikirlər? Niyə kimlərəsə görə mənim övladım yollarda qalmalıdır?», – Ş.Əmiraslanovanın sözləridir.

Q.İbrahimov narkotik ittihamı ilə ona verilmiş 10 illik cəzanı 2 Saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi. Onun və atasının haqqında CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə yenidən iş başlayandan sonra gənc fəal Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb.

XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən il mayın 10-da saxlanıblar.Onlar qanunsuz narkotik maddə dövriyyəsində suçlanaraq, 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunublar.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu «vicdan məhbusu» elan edib. Təşkilatın fikrincə, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Balalarınızdan görəsiniz…» deyib. Bu, hakimə hörmətsizlik sayıla bilər. İttiham təsdiqlənərsə, onu 6 ayadək həbs gözləyir.///AzadlıqRadiosu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300