Ağır atletika üzrə dünya çempionatı Türkmənistanda keçiriləcək

 

2018-ci ildə ağır atletika üzrə dünya çempionatı Aşqabadda keçiriləcək.

"AzərTAc” Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) saytına istinadla bildirir ki, 2018-ci ilin dünya çempionatının Perunun paytaxtı Limada keçirilməsi planlaşdırılsa da, sonradan ölkə təşkilatçılıqdan imtina edib. Bunun da səbəbi San-İsidrada idman mərkəzinin dünya çempionatınadək hazır olmaması ehtimal edilir.

IWF-in İcraiyyə Şurası dünya birinciliyinin Aşqabadda təşkil olunması təklifini yekdilliklə dəstəkləyib.

Turnir Türkmənistanın paytaxtında noyabrın 24-dən dekabrın 3-dək keçiriləcək.

2017-ci ilin dünya çempionatı noyabrın 28-dən dekabrın 5-dək ABŞ-ın Anahaym şəhərində təşkil olunacaq. Əvvəlcə təşkilatçı ölkə Malayziya elan olunsa da, sonradan 2016-cı ilin oktyabrında malayziyalılar turnirdən imtina ediblər. Buna səbəb yarışlara hazırlıq zamanı çətinliklərlə qarşılaşma göstərilib. Beləliklə, ABŞ iki il ardıcıl olaraq təşkilatçılığı boynuna götürüb. Çünki 2015-ci il dünya çempionatı da Hyustonda keçirilib.

Qeyd edək ki, 2017-ci ildə Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları keçirilib. Aşqabadın turnirin keçirilməsi ilə bağlı ərizəsi Asiya Oyunlarından qalan "miras”ın dünya çempionatının təşkilatçılığında istifadə olunacağı ilə əsaslanıb. Belə ki, böyük beynəlxalq yarışların keçirilməsi üçün infrastrukturu, həmçinin müasir idman obyektləri olan Türkmənistan tərəfi qısa zaman kəsiyində turnirə hazırlaşmaq imkanlarına malikdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300