Qətliamla nəticələnən etiraz aksiyalarına səbəb olduğu bildirilən pakistanlı nazir istefa verdi

 

Pakistanda günlərdir davam edən etiraz aksiyaları ölkənin ədliyyə naziri Zahid Həmidin istefası ilə nəticələnib.

Avropa.info xatırladır ki, Pakistanın paytaxtı İslamabadda keçrilən mitinqlər seçki məcəlləsindəki dəyişikliyə etiraz məqsədi ilə başladılmışdı.

Federal hökumət şənbə günü təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində belə dağılmayan nümayişçilərin liderləri bir anlaşma imzalayıb və bu çərçivədə ədliyyə naziri Zahid Həmid istefa verib.

Nümayişçilər və təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda bu günə qədər ən az 6 nəfər ölmüş, 250-dən çox adam yaralanmışdı.

Müxalifətin sözçüsü Ejaz Ashrafi "Ən böyük tələbimiz qəbul edilib” deyib. Hazırda mitinqin dayandırılması gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300