Azərbaycanda tütün məmulatlarından
(siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərin
sırasına daha bir neçə məkan əlavə edilir.
APA-nın məlumatına görə, bu, yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda 1-ci və 10-cu
maddələrdə əks olunub.
Layihəyə əsasən, qeyd olunan məmulatlarından istifadəyə eyni zamanda xüsusi
ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi
və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də
icazə verilməyəcək.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında
müzakirəyə çıxarılacaq.
Ulu Yol Xəbər portalı » Ölkə » Siqaretdən və sulu qəlyandan istifadənin qadağan edildiyi yerlərin siyahısı genişləndirilir
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/