Tanınmış teleaparıcı Almaniyaya sığındı:"40 illik həyatımı, 22 illik karyeramı sıfırladım!”

 

Daha çox fəaliyyəti dayandırılan ANS TV-nin aparıcısı kimi Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.

 

BakuPost.az xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq üçün müraciət edib.

 

Bu barədə T. Rafiqqızının özü facebook hesabında yazıb.

 

"Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib, bu hökumətdən sığınacaq istəməyə vadar etdi.

 

Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.

 

Qeyd edək ki, T.Rafiqqızı ANS bağlandıqdan sonra "Space” telekanalında işə düzəlmişdir. Bir müddət sonra oradan qalmaqalla ayrılmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300