Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram

 

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş naziri olmağa hazır olduğunu bəyan edib.


APA-nın "NewsONE” telekanalına istinadən verdiyi məlumata görə, bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada deyib ki, Ukraynaya yeni hakimiyyət lazımdır.

M. Saakaşvili birlikdə yeni hökuməti yaratmalı olduqlarını vurğulayıb: "Mən sizinlə birlikdə yeni prosesə rəhbərlik etməyə və əgər lazım olarsa, bu hökumətə başçılıq etməyə hazıram”.

M. Saakaşvili dekabrın 3-də "xalq impiçmenti”nə başlayacaqlarını bildirib: "Mən ölkəni gəzəcəm və insanları dinc mübarizəyə səsləyəcəm”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300