İşə gedən şirkət işçiləri qəzaya uğradı: sürücü öldü, sərnişin yaralandı

 

Bu gün səhər saatlarında yeni çəkilən Ələt-Astara avtomobil yolunun köhnə yolla qovşağında, Astara-Bakı avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 178-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, 90 EK 235 dövlət nömrə nişanlı "Mercedes” markalı minik maşınının beton ayırıcıya çırpılması nəticəsində sürücü, 52 yaşlı Qəbələ rayon sakini Nəsirov Mürvət Bəhlul oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 24 yaşlı Biləsuvar rayonunun Çinarlı kənd sakini Həsənov İmanəli Xeyrulla oğlu isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Mercedes”in sürücüsü və sərnişini Ələt-Astara avtomobil yolunu inşa edən şirkətin işçiləri olublar. Qəza səhər onlar işə gedərkən baş verib. Hadisənin sürücünün təzə yoldan qəfil köhnə yola keçmək istəyərkən idarəetməni itirməsi səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300