Ötən gün Qaxda başlayan meşə yanğını hələ davam edir
Ötən gün Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində başlayan yanğın hələ davam edir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, yanan ərazinin yüksək dağlıq olması ilə əlaqədar yanğının söndürülməsində çətinliklər var.