Abşeron rayonunda polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi zərərsizləşdirilib. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Abşeronda baş vermiş silsilə oğurluqlar barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Təxminən 3 gün əvvəl isə oğurluqları törədən dəstə növbəti evi qarət etməyə gedərkən «iş başında» yaxalanıb. Məlum olub ki, dəstə üzvləri arasında polis əməkdaşı Sərxan Manafov da var. S.Manafov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Diplomatik Korpusların Mühafizə Taborunun 2-ci bölüyünün əməkdaşıdır. Təxminən 10 ilə yaxındır polis sistemində işləyən Sərxan Manafov öz tanışlarından ibarət 3 nəfərlik dəstə yaradıb və özü də dəstəyə başçılıq edib. O, qarət ediləcək evləri özü müəyyən edib dəstə üzvlərinə istiqamət verəndən sonra oğurluq planı həyata keçirilirmiş. Bu dəstə artıq 5 oğurluq hadisəsi törədib.

Sonuncu oğurluq hadisəsi də yanvarın 18-də Abşeron rayonunda Sərxan Manafovun müəyyən etdiyi evdən edilib. Lakin bu dəfə polis əməkdaşı həmin evdə təhlükəsizlik kamerası olduğunu bilməyib və oğru dəstəsi kameraya düşüb.

Abşeron rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbərləri nəticəsində kamera görüntülərinə də baxış keçirilib və dəstə üzvləri yaxalanıb. Məlum olub ki, onlardan biri polis əməkdaşıdır. Artıq Sərxan Manafovun həbs olunaraq Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasına göndərildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, yanvarın 18-də Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov Abşeron rayonu, Xırdalan şəhər sakini Cabir Nəbiyevin evinə daxil olaraq ev sahibi və onun oğlunu döyərək evdən 650 manat pul və 17 min manat dəyərində qızıl-zinət əşyaları apardıqlarına görə tutulublar. Hazırda Abşeron rayon Polis İdarəsində "quldurluq" maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir: "O ki qaldı Sərxan Manafovun polis əməkdaşı olmasına, o vaxtilə polisdə işləyib, sonradan işinin öhdəsindən gələ bilmədiyinə polis orqanlarından kənarlaşdırılıb. Hal-hazırda polis əməkdaşı deyil. Özü də polisdə sıravi işçi olub".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300