"Bankların ümidi məcburi köçkünlərin 2 manatına qalıb"
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti Kapital Bank vasitəsilə alanlar bankın fırıldağı ilə üzləşib. 

Bu barədə Moderator.az-a müraciət edərək vətəndaşlar xəbər veriblər.

Vətəndaşların bildirdiyinə görə, dekabr ayının sonunda onlara müavinəti aldıqları kartların kodlarının dəyişdirilməsi adı ilə 2 AZN müqabilində yeni kodlar verilib. Bankın bu addımını vətəndaşlar ilin sonu təhlükəsizlik məsələləri üçün atılmış bir addım olduğunu düşünüblər. Daha sonra yanvar ayının 21-i həmin şəxslərdən təkrarən 2 AZN müqabilində yenidən kodlarını dəyişdirmələri istənilib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Kapital bank məcburi köçkünlərə verilən çörək pulları alınan kartların kodlarını süni şəkildə dondurur və 2 AZN müqabilində təzədən kod verir. Bu keçən ilin dekabrında baş verdi. Hamı fikirləşirdi ilin sonudur sistemdə nə isə ola bilər. Ancaq 21-22 yanvar 2016-cı il tarixlərində bu hal yenidən təkrarlandı. Dünən əksəriyyəti Cəbrayıldan olan məcburi köçkünlər Binəqədidə yerləşən Kapital Bankda 2 AZN pul müqabilində kod dəyişdirmə əməliyatına cəlb olunub. Belə çıxır ki, indi bankların ümidi məcburi köçkünlərin 2 manatına qalıb. Yəqin büdcəni bununla doldurmaq istəyirlər? Bu biyabırçılıqdır. Müdirin yanına girdim, deyir biz buna heç nə edə bilmərik, baş ofisimiz bilər. Mən verilən çekləri saxlayıram. İndi baş prokurora şikayət ərizəsi yazdım. Kapital bankın rəhbərliyinə müraciət ünvanladım. Mən faktları təqdim etməyə hazıram. 
Sonra da deyirlər xalq niyə narazılıq edir, bu da təzə pul yığma metodudur. Xalq neyləsin, hər kəs özünü "toxunulmaz" sayır, o cümlədən KAPİTAL BANKIN RƏHBƏRLİYİ. Bu hadisə tək mənim deyil, yüzlərlə insanın başına gəlib, əksəriyyəti təkrardır, dekabrda kodu dəyişdirilənlərdi. Qabaqcadan sizlərə təşəkkür edirəm."
 
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300