CHP Ərdoğanı müdafiə etdi

 

NATO-nun yol verdiyi rəzalət sadə üzürlə ortadan qaldırılmamalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ana müxalifət Cümhuriyyə Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu deyib.

"Bu məsələ sadəcə üzr istəməklə ortadan qaldırıla bilməz. Türkiyəyə yönələn tənqidlər ola bilər, amma heç kim Türkiyənin rəhbərlərinə və tarixinə həqarət edə bilməz. Bunu şiddətlə qınayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Təlim təşkilatçılarının belə addım atması Türkiyənin sərt etirazına səbəb olub. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulub.

Yaşanan insidentlə bağlı NATO Baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300