ABŞ-dan Kremlə mesaj: "Təkbaşına savaşacağıq”

Əgər BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silah tətbiqində günahkar olanlara münasibətdə vahid mövqe ortaya qoya bilməsə, ABŞ Suriyadakı ədalət uğrunda mübarizəni təkbaşına aparacaq.

Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

"Rusiyanın son həftələrdəki fəaliyyəti Suriyadakı kimyəvi hücumlara görə cavabdeh olanların məsuliyyətə cəlb edilməsi cəhdlərini məhv etməyə yönəlib. Mən Suriyada kimyəvi silah hücumu nəticəsində ölən uşaq, qadın və kişilərdən üzr istəyirəm. ABŞ onların doğmaları üçün ədalətin bərpa olunmasına çalışacaq və heç vaxt təslim olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnaməyə veto qoyub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300