Şərin xeyirə  qalib gəldiyi ölkə və yaxud bəlkə  biz özümüz şərik.Kütlə ola bilərdi,söhbət xalqdan,millətdən gedirsə.Bəs necə olur xalqın seçdiyi,sevdiyi kəslər xalq düşmanı elan olunur.Kütlənin, fərdlərin  seçdiyi ümumi xalqın lideri olur.Söhbət ali zümrənin təmsilçilərindən gedir.Xalqa təmsil oxuyanlar,xalqı təslim ,şər qüvvələri təmsil edənlər,haqqı təkzib edənlər nə isə... Mən hələ ATƏT-in MİNS qrupundan demirəm. Deməli bunlar gəlməmişdən əvvəl monitorinq öncəsi xəbər verirki, filan günün filan saatı filan maşınla filan yerdə filan- filan şeyləri sifariş verəndən sonra gelirlər . Və erməni gədələridə həmin gün  bu filan-filan olmuşların gəlişin bilib heç posta çıxmırlar ki, birdən qəzaye-qədər olub atəş açılar. Quş uçmur ki qulaq cingildəyə, qulaq az qala kar ola.Bax bu bizim reallığımız.    
                                                
     Neçə illərdir meydanlardan,mətbuatdan səsləndirdiyimiz korrupsiya ,rüşvətə son şüarları və  hakimiyyət də öz növbəsində təkzib edirdi.Amma bilmirdiki, bir gün ərəb dünyasında inqilablar başlayacaq və buda ölkəmizdə olan mübariz insanlara stimul verəcək.Və oyanışı görüb rüşvətin ,korrupsiyanın aradan qaldırılmasına qarşı kompaniya başlatdı.Sadəcə olaraq gözdən pərdə asmaq naminə.Belə sual meydana çıxır.Əgər bu qədər islahatlar etmək iqtidarında idinsə niyə inqilabları və ölkədəki oyanışı gözlədin?Artıq inqilablardan iki il ötür,yenə də Azərbaycan rüşvət ,korrupsiya ,baxımından ölkələri geridə qoyur.    
                                                                        
       Zaman  keçdikcə çox şeylər adiləşir və adiləşdi.    AMMA MÜBARİZƏ ADİLƏŞMƏDİ, ALİLƏŞDİ.Ailə halına düşdü,mübariz insanlar eyni əqidədən ,eyni yolu paylaşdığından doğmalaşdı.Siyasi baxışına görə insanlara hədələr olundu və bu onların doğmalarında da bir növ qıcıq yaratdı.İndi biz meydana çıxanda qabaqcadan zəngləşir,geyinib-keçinib elə bil teatra gedirik. Bizim teatr bir növ tragikomediyadır.Burda iztirab,faciə,şər qüvvələrin xeyirə zülmü,şərləmələr,böhtanlar,qəzetləri məhkəmələrə vərmələri,evlərdən bir ordunun silah sursatı,ciblərdən narkotik maddələrin çıxması lap NİDAçılar kimi .Bu qədər məhrumiyyətlər,məhdudiyyətlər hakimiyyətin xalqdan qorxmasın göstərir.Meydanlardan uzaqlaşdırmaq üçün əvvəllər yer vermirlərdilərdisə,indi cərimələrin tətbiq olunması və bir sozlə   "antidemokratiya " .Həmişə ermənilərin iqtisadi.siyasi,mədəni cəhətdən bizdən geri qalmasın deyirik,amma ermənilərdə sərbəst toplaşmaq bizə nisbətdə daha yaxşıdır...
                           
    Ta qədimdən Azərbaycanın əlverişli mövqedə yerləşməsi zaman-zaman işğal olunmasına nədən olmuşdur.Bu həm ərazi,həm siyasi,həm də mədəni sahədə aparılmışdır.Bu gün Azərbaycan gəncindən milliyətin soruşanda cavabında "azərbaycanlı"deməsi ürək ağrıdan məsələdir.Və siyasi nəticə.Əvvəlcədən planlaşdırılmış milli kimliyin unudulması kompaniyası.Tarixən ermənilərin, kürdlərin türklərlə ədavəti olmuşdur. Yəqin aydın oldu,erməni-kürd qüvvərin apardığı siyasət.Niyə görə biz özümüzə Türk deməyə utanırıq,danırıq? Ona görə ki,Türkün torpağı işğal altında,ana-bacısı əsirlikdə olmaz. Türklük məharət,dəyanət ,şücaət.mərdlik,məğrurluq kodeksidir! Sinvolumuzun "BOZ QURD"  olması sizə bir şey demir?! Türk dünyasının böyük oğlu Əbülfəz Elçibəyin vəsiyyətinə sahib çıxmaq lazımdır. "Türk millətinə ən çox lazım olan şey mənəviyyata dayanaraq birləşə bilməkdir.Azərbaycan gənci!Sən gözəl bilirsən ki,Türk gəncliyindən ayrı deyilsən.Qarşında böyük hədəflər,ağır vəzifələr var.Qarabağı sən qurtaracaqsan .Azərbaycanı sən birləşdirəcəksən.Buna güvənim və inamım tamdır.Azərbaycanda Qarabağın azad olunmasını və Azərbaycanın bütünlüyünü istəməyən bir gənc belə yoxdur.Millətin bu arzusunu yerinə yetirəcəksən.Sizə uğurlar arzulayıram.Allah yardımçın olsun.Türk Gənci! Böyük gələcək sənindir.                                                                                                                                    
        Biz danırıq,Türk olmağımızı,müsəlman olmağımızı,ulu yolun davamçıları olmağımızı,milli kimliyimizi danırıq.Daha nələri danmırıq ki,...Biz reallığı tez qəbul edirik.Bu reallığın bizim istəklərimizdən uzaq olmasına baxmayaraq.Adət etmişik nəticəni müzakirə edək.Amma nəticədən əvvəl səbəb və məqsəd olmalıdır,məqsədyönlü şəkildə aparılan siyasət və nəticəsi şərin xeyir üzərində qələbəsi.
 Biz qələbəmizə ,Böyük Turan imperiyasının yaranmasına.Bütöv Azərbaycanın bərpasına,demokratiyanın ,insan haqqlarının bərpa və bərqərar olmasına ÜMİD ETMƏLİ YOX , İNANMALIYIQ !                                                               Son günlər xalqın oyanışın görüb gündəmi dəyişməyə başlayıblar, indı o zaman deyil,artıq insanlar öz taleyin başqa birisinin həvaləsinə vermir.Bütün sadaladıqlarıma rəğmən ümid yeri ,bir vaxtlar Mikayıl Müşfiq.Əhməd Cavad.Hüseyn Cavid ,Məhəmməd Hadi və başqaları xalq düşmanı elan olunmuşdu.Amma bu gün onları qürur hissi ilə yad edirik.              
 P.S.   Zamanın nə qədər dəyərli və ya dəyərsiz olması sənin nə işlə məşğul olmağından aslıdır.Gəlin zamanımıza dəyər qataq.Mübarizən mübarək AZƏRBAYCAN !
       
P.S.S.Yazı bayaq rastıma çıxdı,üç il öncə yazılıb.Dəyişən göründüyü kimi zamandır.  
 
 
 "ULU YOL" G.T. sədri: Saday FƏRƏCOV                           

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300