Nursultan Nazarbayev: "Donald Tramp məni Ağ evə dəvət edib”

 

"Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp məni Ağ evə dəvət edib". "Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Astana club”un iclasının bağlanış mərasimində bildirib.

O qeyd edib ki, Qazaxıstan 2018-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: "Mən də ABŞ-da olacağam. Həmin vaxt Vaşinqtona gedib görüşmək barədə razılaşdıq. ABŞ kimi aparıcı dövlətlə müzakirə etməyə həmişə mövzu var".

N.Nazarbayev deyib ki, Vaşinqton Qazaxıstan iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyub və hazırda ölkəsində 300-dən çox ABŞ şirkəti fəaliyyət göstərir: "Biz gələcəkdə də onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300