Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq


 

 

Ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə bənzəyən koksaki virusu yayılıb.

Bu barədə Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, koksaki virusu əsasən uşaqlarda olsa da, böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.

Həkim xəstəliyin ilkin olaraq qrip kimi başladığını deyib:

"Əvvəlcə qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq yaranır və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə suçiçəyinə bənzəyən bu virus əslində suçiçəyi deyil. Valideynlər adətən bunu suçiçəyi ilə səhv salırlar. Bir qədər diqqətli olmaq lazımdır”.

Pediatr virusun keçici olduğunu, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürüldüyünü bildirib:

"Valideynlər körpələrdə yaranan səpgilərə görə narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir”.

Həkimin sözlərinə görə, koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər:

"Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300