Seysmoloji Xidmət Mərkəzi:Ağdamdakı 6 ballıq zəlzələnin
afterşokları hələ davam edir
"Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat
xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə
alınan 6 bal gücündə zəlzələnin afterşokları hələ davam edir: "Afterşoklar
davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Afterşokların çoxu hiss
olunmur, yəni 3 bala yaxın olur".
Sözçü qeyd edib ki, zəlzələnin afterşokları bir neçə gün, hətta bir ay da davam
edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli
zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı
olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların
olması normaldır".