Bu adam kartofdan sərxoş olur- Qəribə xəstəlik

ABŞ-ın Ohayo ştatında yaşayan Nik Hes öz qəribə xəstəliyi ilə hər kəsi şoka salıb. Orqanizminin karbohidratı qısa müddətdə alkoqola çevirməsi onu sadəcə qonşularının yox, doğmalarının da gözündən salıb.

Bu adam kartof yeyən kimi sərxoş olur. Nikin dünyada az-az rast gəlinən bu xəstəliyindən xəbər tutmaq xeyli vaxt aparıb. Ailəsi içində kartof olan yemək yedikdən sonra Nikin kefləndiyini görəndə, onun gizli-gizli spirtli içki içdiyini, hətta spirtli içki aludəçisi olduğunu düşünməyə başlayıb. Hətta həyat yoldaşı onun başqaları ilə əyləncə məclislərinə getməsindən şübhələnib.

Üzləşdiyi qəribə durumla bağlı bir neçə xəstəxanaya müraciət edən Nikin əsl problemi sadəcə həkimləri yox, eşidən-bilən hər kəsi heyrətləndirib. Onun mədəsinin kartofu qısa zamanda spirtli içkiyə çevirdiyi, Nikin bu səbəbdən sərxoş olduğu üzə çıxıb. (Musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300