İcra başçısının göstərişinə əsasən Şəhidlər Xiyabanında anım mərasimi keçirən müxalifətçiləri 2 saat şöbədə saxladıqdan sonra sərbəst buraxıblar 

Hər il olduğu kimi, 20 Yanvar Milli Matəm Günü ölkənin hər yerində müxtəlif səviyyəli tədbirlər keçirilir. Bakı başda olmaqla, rayonlarda Şəhidlər Xiyabanı ziyarət olunur. Lakin bu il Ağstafada ziyarətə gedənlər tamam başqa bir mənzərə ilə qarşılaşıblar. 

JAM.AZ xəbər verir ki, Ağstafa rayonunda yerli müxalifət partiyalarının fəalları və üzvləri 20 Yanvar şəhidlərini anmaq məqsədi ilə Şəhidlər Xiyabanına gedərkən, polislə aralarında insident yaranıb. Bu barədə sosial şəbəkələrdə Anar İsmayılzadə məlumat yayıb. 

Onun verdiyi məlumata görə, yerli polis şöbəsinin əməkdaşları ziyarətçilərin qarşısını kəsərək, onları anım mərasimi keçirməyə imkan verməyiblər. «Danışıqlardan sonra Şəhidlər Xiyabanına getdik və ziyarət etdik. Ziyarət qurtardıqdan sonra Ağstafa Polis Şöbəsinin rəisi Vahid müəllimin əmrinə əsasən elə xiyabandaca həbslər başladı. Pərviz Mahmudov və daha 3 nəfər saxlanılaraq, şöbəyə aparıldı. 2 saat sonra isə sərbəst buraxıldılar». 

Qeyd edək ki, indiyə qədər belə bir hadisə hələ heç bir rayonda qeydə alınmayıb. Əksinə, yerli icra orqanları ümumi məsələlərdə maksimum dərəcədə sakit tərzdə mərasimlərin sonna çatmasına imkan yaradıblar. Ağstafada isə faktiki vəziyyətin yaranmasının səbəbi isə icra başçısı Məhərrəm Quliyevin rolu olduğu deyilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı son devalivasiyadan sonra bahalaşmanın qarşısını almaq gücündə olmadığı üçün rayonda hər an narazılığın yarana biləcəyindən əndişələnir. Ona görə də, Ağstafada 5-6 adam bir yerə yığışan kimi, onların dağıdılması göstərişini verib. 

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300