Ucar Mərkəzi Xəstəxanasından şikayət :
 
"Bizə deyir ki, Milli Oftamologiya Mərkəzinin tibbi rəyi düz yazılmayıb"

Redaksiyamıza yazan Ucar rayonu Alpı kəndi sakini Mehdiyeva Xəyalə Naməd qızı yerli səhiyyədən şikayətçidir. Ucar rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindan Narazı vətəndaş bolgexeber.com-a yazır:

"Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi Səidə Kamilovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizi süründürməşiliyə məruz qoyub ki, bunun nəticəsində albinizim xəstəsi olan bir yaşlı övladım Əkbərin əlillik dərəcəsinin təyin edilməsinə əngəl yaranmışdır.Belə ki, 27.12.2014-cü il tarixdə dünyaya gəlmiş övladım Mehdiyev Əkbər Vüsal oğlu albinizim xəstəsidir.Buna dair Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin 24.12.2015-ci il tarixli tibbi rəy verildi. Həmin rəyə əsasən albinizim xəstəsi olan övladıma əlillik təyin edilməsinə görə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün 88 nömrəli forma sənədini Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi pediatr Səidə Kamilova heç bir əsas olmadan vermək istəmir.Bizə deyir ki, Milli Oftamologiya Mərkəzinin tibbi rəyi düz yazılmayıb . Səidə həkimin könlündən keçən pulu ona verməyə maddi imkanımız yoxdur deyə süründürməçiliyə məruz qalmışıq. Qeyd edim ki, ilk övladım 2013-cü il tarixdə anadan olmuş Mehdiyeva Nəzrin Vüsal qızıda albinizm xəstəsi olduğu üçün Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin tibbi rəyi əsasında forma 88 sənədi verildi və bu sənədi 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdikdən sonra xəstə övladımıza əlillik təyin edildi.İndi ikinci övladımız Əkbərdə oxşar qaydada albinizim xəstəsidir ki, onada əlillik təyin edilməlidir. Dəyişən bir odur ki, qızımız Nəzrinin 88 nömrəli forma sənədini keçən il başqa həkim pul almadan qanunu qaydada bizə təqdim etsədə bu ilı Səidə Kamilova kimi haqsızın əlinə düşmüşük deyə hüquqlarımız tapdanmış, süründürməçiliyə məruz qalmışıq. 
Mən mətbuat vasitəsi ilə cənab Prezidentə, Mehriban xanıma və Səhiyə Naziri cənab Oktay Şirəliyevə müraciət edib çox-çox xahiş edirəm Sizə bu barədə göndərdiyim şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb qanunsuzluq edən həkim pediatr Səidə Kamilovanın barəsində qanunu tədbirlər görəsiniz və qanunu sənədimizin verilməsinə yaxından köməklik edəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq.

Ucar Mərkəzi Xəstəxanasından şikayət :
Ucar Mərkəzi Xəstəxanasından şikayət :

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300