Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov uzun illər boyu dövlət büdcəsindən və rəhbərlik etdiyi zavoddan taladığı pullarla açdığı inşaat malları topdan satış mərkəzlərində qiymətləri kəskin artırıb. 

Bu barədə azfakt.com-a Sabirabaddan daxil olan məlumatda bildirilir. Qeyd edək ki, ölkə prezident son günlər keçirdiyi müşavirələrdə qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınmasını ən kəskin şəkildə tələb etmişdi. Buna baxmayaraq dövlət büdcəsindən mənimsədikləri pullarla özlərinə ticarət və digər biznes sahələri açan bir sıra məmurlar ölkə prezidentinin bu çağırış və tələblərini yumşaq desək, eşitməməzlikdən gəlirlər. Bu məmurlar dövlətin pullarını mənimsəməklə yanaşı bu gün acgözlük və tamahkarlıq nümayiş etdirərərək faktiki olaraq yerlərdə sosial narazılıqları körükləyirlər. Belə məmurlardan biri də uzun illər boyu dövlətin pullarını mənimsəməklə və rəhbərlik etdiyi müəssisəni tarmar etməklə böyük sərvət toplamış Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətovdur.

Belə ki, şikayət məktubunda bildirilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində fəaliyyət göstəən Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov prezidentin tələb və çağırışlarına qətiyyən məhəl qoymadan öz dükanlarında satdığı malların qiymətini 100 faiz qaldırıb. Halbuki Əliheydər Dövlətov topdan satış dükanlarında satdığı malları devalvasiyadan əvvəl alıb və ona görə də malların qiymətlərinin 100 faiz artırılması faktiki olaraq vəziyyətdən sui-istifadə etmək cəhdi kimi qiymətləndirilməlidir. 

Rayon sakinlərinin saytımıza göndərdiyi məlumatda qeyd olunur ki, Sirvan Salyan yolunun üstündə, Sabirabadin Dadaşbəyli kəndinin yaxınlığında açdığı inşaat malları topdan satış mərkəzində satdığı malların qiymətini bir neçə dəfə qaldırıb. Sakinlər iddia edirlər ki, Əliheydər Dövlətov 2-ci devalvasiyadan qabaq topdan satış mərkəzinə yüz tonlarla inşaat malları yığmışdı. Zavod müdiri Bakıdakı dostlarından tonlarla armatur, taxta və s. mallar gətirərək satış mərkəzini doldurub. Devalvasiyadan sonra Əliheydər Dövlətov qiymətləi bir neçə dəfə qaldırıb. 

Rayon sakinlərinin göndərdikləri fotolarda Əliheydər Dövlətovun Dadaşbəyli kəndi yaxınlığındakı topdan satış mərkəzi açıq aydın görünür. Hazırda mərkəzdə bir neçə milyonluq inşaat malının olduğunu və Əliheydər Dövlətovun bu milyonları məhz dövlət vəsaitlərini mənimsəməklə əldə etdiyi vurğulanır. Şikayətçi bildirir ki, bunun üçün sadəcə Şirvan Üzən Nasoslar Zavodunda yoxlamalar aparmaq kifayətdir. O zaman bəlli olacaq ki, hələ sovet dönəmindən bu günə qədər Əliheydər Dövlətov neçə milyon dövlət vəsaitini mənimsəyib. Zavodun nə qədər əmlakını «metallom» edərək İrana satıb. 

Digər məlumatda isə bildirilir ki, Şirvan Üzən Nasoslar Zavodu müdirinin Dadşbəyli kəndinin yaxınlığındakı inşaat malları topdan satış mərkəzindan başqa Bakı şəhərində Səbail rayonunun Bayıl qəsəbəsi ətrafında avtomobil eytiyyat hissələri satış mağazasi var. 

Gördüyünüz kimi sıradan bir müəsissə rəhbəri olan Əliheydər Dövlətovun bir neçə ticarət obyekti, onlarla mağazası, evləri və sair mal mülkü var. Görəsən Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə Əliheydər Dövlətovun milyonluq sərvətindən xəbərdardımı? Əgər xəbərdardısa, o zaman niyə Əliheydər Dövlətovdan milyonlarını hansı yolla qazandığını soruşmur?

Əliheydər Dövlətovun Salyan-Şirvan yolunun üstündə, Dadaşbəyli kəndi yaxınlığındakı mal-matreal topdan satış mərkəzi:




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300