Namizədliyimi irəli sürdüyüm gündən bu günə kimi müxtəlif təzyiqlərlə qarşılaşmışam.Sənədlərin verilməsində olan zaman itkisi,get-gəllər,11 imza vərəqinin hər birinin təmiz,oxunaqlı,və könülllülük prinsipi ilə imzaların yığılmasına baxmayaraq,imza verən seçilərimə hədə-qorxu gəldilər.Çox çirkin hədələr və hətta işdən çıxarılması ilə qarşılaşan seçicim. DSK -nın çıxardığı absurd qərardan şikayət etdim və MSK-ya şikayətimizdə haqlı olduğumuzu dəlillərlə sübut etdik.Və qələbə çaldıq. Amma iki gün təşviqat kompaniyasından uzaq düşdük.Sonra seçici ilə görüş yerlərin nəzərdə keçirdim,gülünc yerlər.Xüsusi olaraq qapalı yerlərə üstünlük vermələr,sakinlərdən uzaq və POLİS şöbəsinin yanında.Bəli,məhz polis xofu ilə yaşayan sakinlərin gəlməməsi üçün . Neftçalamın hansı probleminə qol çırmaladız.İndidə bütün icra strukturları əl-ələ verib,kresloların sığortalamaq üçün A.Rəhimzadənin təbliğatın aparırlar.Mən buna bir söz demirəm.Təbliğat aparsın,bu onların seçimidir.Ancaq müəllimə hədə gəlib görüşə aparmayın,həkimləri gəlməyəcəkləri təqdirdə işlərin itirmək xofu ilə gətirməyin.Bütün icra strukturları can-faşanlıq edir.Və o icra strukturları ki,mənim uzun müddətdir Neftçala rayonunda araşdırma aparmağım və onların iç üzün mətbuatda işıqlandırdığımdan ,bu gün var qüvvələrin ortaya qoyublar. Bəs ,Siz Neftçalalı deyilsiz?! Əleyhimə təbliğat aparılır,şəkillərimim yığışdırılır.Hansı ki,kənd icra nümayəndələri .Tapşırığın hardan gəlməsi yəqin aydın oldu. Mən birinci gündən mövqeyimi ortaya qoymuşam və Azərbaycan konstitusiyası çərçivəsində qanunlara hayqırı yanaşan insanların ifşası yolun seçdiyimi bildirmişəm.Arif Rəhimzadənin şəklin yapışdıran kənd icra nümayəndəliyi,digər kəndlərdə kənd icra nümayəndələri şəklillərimi yığışdırırlar. Seçki təzə başlayanda bütün namizədlərə çağırış etdim ki,gəlin bir yerdə görüşlərimizi keçirək.Kəndin bütün sakini iştirak etsin və biz onlara seçim etmələri üçün gördüyümüz işləri danışaq. Axı,hansınız Mənim qədər Neftçala üçün yandınız?! Biz Bəy nəslindənik.Represiyalarla yaşadıq,eyb etməz bu gün də yaşayaq.Amma sabahları demokratik,insan -hüquq və azadlıqlarının qorunduğu bir cəmiyyət yaratmaq üçün "ULU YOL"Gənclər Təşkilatın yaratdım.ULUYOL.İNFO Xəbər porçalın təsis etdim.Və bu gün bütün resursların mənim,gənc kadrın qarşısın almağa yönəlik işlər davam etdirirlər.
Bütün səylərə baxmayaraq hər gün onlarla Ziyalı dəstəyin bildirir.Və dostlarımızla qənaətə gəldik ki,seçicilərimizlə fərdi görüşlərə üstünlük verək.Beləliklə Neftçalamız üçün-Haqqa sahib çıxaq
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300