RİH 6 aydır susur: Göyçayda mütəşəkkil boru mafiyasını kim qoruyur? (Foto,Video)

Göyçay rayonunda nə qədər su boruları varsa tək-tək dənlənir və bu proses 6 aydır ki, davam edir. Rayonda su borularının müəmmalı şəkildə daşınması bitmək bilmir ki, bitmir.

AzEuroNews.com xəbər verir ki, bu günlərdə rayonun Məlikkənd – Çaxırlı yolunda borular aparılıb. Foto həmin vaxt lentə alınıb.

Müəmmalı oğurluq

Artıq rayondan dəmir, nikel, azbes və s. 100 kilometrlərlə su, qaz boruları sökülərək satılıb.

Oxşar hadisə Göyçayın Bığır kəndində qeydə alınıb. 100 kilometr uzunluğunda su borularını qanunsuz satılaraq 700 min manat qazanc gətirib.

1975-ci ildən kənd təssərüfatının inkişafı üçün çəkilmiş boruların hansı səbəbdən kəndlərdən daşınması barədə rəsmi şəxslər susurlar. Mallışıxlı, Yeniarx, Bığır və digər kəndlərdə boruların çıxarılması davam edir.

Habelə, Göyçaydakı mütəşəkkil boru oğrusu dəstəsi Kürtmaşı-Qarabaqqal kəndləri arasında çəkilmiş, təxminən 25 km uzunluğunda olan əkin sahələrinin suvarma borularını aparıblar.


Əkin sahələrini suvarmaq üçün olan borular kəsilərək satılır

Digər qrup isə Bığır-Qarabaqqal kəndləri arasında çəkilmiş 170 ailənin bir müddət əvvələ qədər istifadə etdiyi uzunluğu 12 km olan boruları sökərək daşıyıblar.

Göyçayın Cərmədil dağında keçmiş kolxozun ərazisində olan 300 metr uzunluğunda boru da oğurlanaraq satılıb.

Başçı və ASC sükutu

Rayon sakinləri bildirirlər ki, həmin boruların hara daşındığı bilinmir. Bu da korrupsiya, qarət və dövlət əmlakının talan edilməsi, əhaliyə məxsus boruların oğurlanması faktıdır ki, gizlədilir.

Göyçayın icra başçısı Mehdi Səlimzadə və "Azərsu” ASC tərəfindən də baş verənlərlə bağlı 6 aydır ki, qəribə sükut var.


Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə

Qaraməryəm kənd sakinləri də daha əvvəl su borularının oğurlanıb daşındığını söyləmişdilər. Onlar yerli bələdiyyəni ittiham edirdilər. Kənd bələdiyyəsi isə xəbərsiz olduğunu bildirirdi.

Məlikkənd – Çaxırlı yolunda son belə bir faktın aşkarlanması isə göstərir ki, Göyçayda boru oğurlayan mafiya peyda olub və onları durdurmaq istəyən yoxdur.

Görünür ki, onların kimliyini araşdırmaqda maraqlı olmayan, bu dəstələri himayə edən və göstəriş verənlər var.

Yerli camaat isə tələb edir ki, icra başçısı və aidiyyatı orqanlar tezliklə aydınlıq gətirsinlər. Əks halda 6 aydır davam edən hadisələrdə elə onların barmağının olması şübhələri güclənir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300