Bakıda qəzada ölən polislər (FOTOLAR)

 

Ötən gün paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verən qəzada iki polis həlak olub.

Azxeber.com saytı xidməti əraziyə gedərkən qəzaya düşən polis əməkdaşlarının fotosunu əldə edib. Bu arada Daxili İşlər Nazirliyi polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300