İstanbulda terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb
İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata
görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına
bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə
terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli
saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu
sayda sənədlər və disklər aşkarlanıb.