İcra başçısı sahibkarın obyektinin qapısını hördürür- Fotolar
Müraciətdə deyilir: "Hörmətli cənab prezident, hörmətli Mehriban xanım,
artıq altı ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz
Yediyarovun qanunsuz əməlləri ilə üz üzə qalmışam.Yediyarov icra başçısı təyin
olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə
plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə
oğuradıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin
rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.
Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı
obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı
özüm hördürmüsən. Sizə bildirirəm ki, foto şəkillərdən də göründüyü kimi bu
divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev
prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə
gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini
sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş
verib və həmin divar yenidən hörülür. Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən
mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuq
orqanlara göstəriş verəsiniz,ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə
çevirməsinə imkan verməyəsiniz.
İcra başçısının birinci müavini Qüdrat Paşayev məsələyə münasibət bildirərkən
absurd cavab verib. O, criminal.az-a bildirib ki, rayonda görülən bütün işlər
inkişaf üçün edilir. Oniun sözlərinə görə, F.Bağırovun obyektində görülən işlər
də qərəzli deyil".